6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Moldovada Stalin repressiyalarını inkar etməyə görə cəza tətbiq etmək istəyirlər

12-iyun-2026, 23:40
Moldovada Stalin repressiyalarını inkar etməyə görə cəza tətbiq etmək istəyirlər
Yazı Ölçüsü:

Moldova hakimiyyəti Stalin repressiyalarının inkarına görə cəza tətbiq etməyi planlaşdırır.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu təşəbbüslə ölkənin parlament sədri və hakim Fəaliyyət və Həmrəylik Partiyasının lideri İqor Qrosu çıxış edib.

“Moldova qanunvericiliyi Stalin rejiminin vəhşiliklərini — aclıq, deportasiyaları inkar edənlər üçün cəza ilə tamamlanmalıdır. Bu müddəa ölkəmizdə totalitar rejimlərin cinayətlərinin inkarına görə nəzərdə tutulan bütün cəzalar kimi qanunvericiliyə daxil ediləcək”, — deyə Qrosu jurnalistlərə bildirib.

O, müxalifətin parlamentdə Stalin deportasiyalarının qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut təklifinə qoşulmamasından sonra bu fikirləri səsləndirib.

Qrosu bildirib ki, bu cəza “ictimai şəkildə kollektiv yaddaşı inkar edənləri tərbiyə etməyə” kömək edəcək.

Müxalifət isə prezident Maya Sandu və onun partiyasını tənqid edərək, Stalin repressiyalarını asanlıqla qınadıqları halda rumın diktator İon Antoneskunun cinayətlərini bəraətləndirməyə çalışdıqlarını iddia edir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31