6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp İranın ali liderinin hazırlanmaqda olan sazişi təsdiqlədiyini bəyan edib

12-iyun-2026, 01:49
Tramp İranın ali liderinin hazırlanmaqda olan sazişi təsdiqlədiyini bəyan edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp "Oval kabinet"də jurnalistlərə bildirib ki, onun məlumatına görə, İranın ali lideri Müctəba Xamenei Vaşinqton və Tehran arasında razılaşdırılmasının son mərhələsində olan sazişi təsdiqləyib.

"PostMedia" xəbər verir ki, "Oval kabinet"də jurnalistlərin suallarını cavablandıran Tramp İran rəhbərliyinin sazişə razılıq verməsi ilə bağlı suala, onun bildiyi qədər, müsbət cavab verildiyini açıqlayıb.

“Bildiyim qədərilə cavab müsbətdir (bəlidir)”, – deyə ABŞ Prezidenti bəyan edib.

Tramp həmçinin bildirib ki, sazişin yekun mətni razılaşdırıldıqdan sonra ABŞ dərhal İran limanlarına tətbiq olunan dəniz blokadasını ləğv edəcək.

“Və həmin vaxt neft qiymətləri daş kimi aşağı yuvarlanacaq”, – deyə Amerika lideri bildirib.

Son saatlarda Tramp İranla sazişin yaxın olduğu barədə dəfələrlə danışaraq sənədin əsas müddəalarının artıq razılaşdırıldığını iddia edib. Lakin İran hakimiyyəti hələlik onun bəyanatlarını açıq şəkildə təsdiqləməyib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31