6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

CNN: Qeyts Epşteynin cinayət fəaliyyəti barədə məlumatlı olmadığını inkar edib

11-iyun-2026, 09:18
CNN: Qeyts Epşteynin cinayət fəaliyyəti barədə məlumatlı olmadığını inkar edib
Yazı Ölçüsü:

"Microsoft"un yaradıcısı Bill Qeyts ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvlərinə bildirib ki, maliyyəçi Cefri Epşteynin cinayət fəaliyyəti barədə məlumatlı olmayıb və onunla sıx əlaqələri olmayıb.

"PostMedia" xəbər verir ki, bu barədə CNN telekanalı iyunun 10-da məlumat yayıb.

“Epşteynin davamlı şəkildə cinayət fəaliyyəti ilə məşğul olduğuna heç vaxt şahid olmamışam və bu barədə heç bir məlumatım olmayıb. Mən heç vaxt onun adasında, fermasında və ya Florida ştatındakı evində olmamışam”, – Qeytsin sözləri telekanal tərəfindən sitat gətirilib.

O, həmçinin vurğulayıb ki, Epşteynlə əlaqələri məhdud olub və müntəzəm xarakter daşımayıb, bu əlaqələr isə 2014-cü ildə tamamilə kəsilib. Qeytsin sözlərinə görə, tanışlıq 2011-ci ildə başlayıb və ilkin olaraq qlobal səhiyyə layihələrinin müzakirəsi ilə bağlı olub.

Bundan əlavə, "Microsoft"un yaradıcısı sonradan Epşteynlə əlaqələrin səhv olduğunu anladığını bildirib və ədalətin təmin olunması üçün işlə bağlı bütün materialların açıqlanmasını dəstəklədiyini vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031