6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp şəxsən Putin və Zelenskidən üç günlük atəşkəslə bağlı xahiş edib

08-may-2026
Tramp şəxsən Putin və Zelenskidən üç günlük atəşkəslə bağlı xahiş edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı müharibədə üç günlük (9, 10 və 11 may tarixlərində) atəşkəs elan olunduğunu açıqlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" hesabında məlumat verib.

“Rusiyada qeyd olunan bayram Qələbə Gününə həsr olunub, lakin bu tarix Ukrayna üçün də vacibdir, çünki o da İkinci Dünya müharibəsində mühüm rol oynayıb. Bu atəşkəs bütün döyüş əməliyyatlarının dayandırılmasını, həmçinin hər iki ölkədən 1000 nəfər olmaqla əsirlərin mübadiləsini əhatə edəcək.

Bu xahişi şəxsən mən irəli sürmüşəm və prezident Vladimir Putinlə prezident Vladimir Zelenskinin bunu təsdiqləməsini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, bu, çox uzun, qanlı və ağır müharibənin sonunun başlanğıcı olacaq. İkinci Dünya müharibəsindən bəri ən böyük münaqişənin dayandırılması ilə bağlı danışıqlar davam edir və biz hər gün məqsədə daha da yaxınlaşırıq”, — deyə Tramp bildirib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031