6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

İlon Mask İran Xarici İşlər Nazirliyinin və nazirliyin mətbuat katibinin hesbındakı mavi nişanı silib

05-may-2026, 21:01
İlon Mask İran Xarici İşlər Nazirliyinin və nazirliyin mətbuat katibinin hesbındakı mavi nişanı silib
Yazı Ölçüsü:

Amerikalı biznesmen və milyrder İlon Maska məxsus "X" (Twitter) şirkəti İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin hesabından mavi nişanı (təsdiqlənmiş statusu) silib.

"PostMedia" xəbər verir ki, bu barədə sosial şəbəkədə İran XİN-in sözçüsü İsmayıl Bəqayi özü məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl nazirliyin və nazirin hesablarının da təsdiq statusu ləğv edilib, baxmayaraq ki, Premium+ abunəliyi tam ödənilmişdi.

“Bu cür əsassız verifikasiya ləğvi "X" platformasının seçici senzura siyasətinin bir hissəsidir və ABŞ-nin İrana qarşı qeyri-qanuni müharibəsi barədə həqiqətlərin susdurulmasına yönəlmiş ‘rəqəmsal piratçılıq’ formasıdır”, – deyə iranlı diplomat bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031