6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Robert Koçaryan haqqında film çəkilib: "44 günlük müharibədə məğlub olmamalı idi"

04-may-2026
Robert Koçaryan haqqında film çəkilib: "44 günlük müharibədə məğlub olmamalı idi"
Yazı Ölçüsü:

Yaxın zamanda Ermənistanın ikinci prezidenti Robert Koçaryan haqqında böyük sənədli filmin nümayişi keçiriləcək.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, iki hissədən ibarət olan “Robert Koçaryan. olduğu kimi” filmi siyasətçinin ailə tarixindən bəhs edir - onun ulu babalarından indiyədək olan dövrü əhatə edir. Film Ermənistanın ikinci prezidentinin siyasi yolunu, ailə tarixini və bu tarixlərin "Qarabağ" aişğalı prosesi və Ermənistan hadisələri ilə əlaqəsini göstərir.

Eyni zamanda 2008-ci il 1 mart hadisələri, eləcə də 2018-ci il hakimiyyət dəyişikliyindən sonra başlayan proseslər və təqiblər də yer alır.

Filmdə bir sıra müsahibələr var: Bella Koçaryan, ailə üzvləri, prezident administrasiyasının rəhbəri Baqrat Mikoyan, vəkil Hayk Alumyan, həmçinin keçmiş milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyan və baş nazir Nikol Paşinyan arasında telefon danışığının səs yazısı təqdim olunur.

Filmdə Robert Koçaryan 44 günlük müharibə ilə bağlı deyir: “Bu müharibədə biz məğlub olmamalı idik”.


İ

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031