6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Amsterdam ət və benzinlə işləyən avtomobillərin reklamını qadağan edib

04-may-2026, 15:36
Amsterdam ət və benzinlə işləyən avtomobillərin reklamını qadağan edib
Yazı Ölçüsü:

Amsterdam dünyada ət məhsulları və fosil yanacaqla bağlı malların açıq reklamını qadağan edən ilk paytaxt olub.

"PostMedia" xəbər verir ki, bu barədə BBC məlumat yuyub.

Mayın 1-dən etibarən şəhərdə reklam lövhələrindən, tramvay dayanacaqlarından və metro stansiyalarından hamburgerlərin, benzinlə işləyən avtomobillərin və aviaşirkətlərin reklamları götürülüb.

Şəhər rəsmiləri bildirir ki, bu addım Amsterdamın küçə mühitini yerli hakimiyyətin ekoloji hədəflərinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Bu hədəflərə əsasən, şəhər 2050-ci ilə qədər karbon neytral olmalı, sakinlər isə eyni müddətdə ət istehlakını yarıbayarı azaltmalıdır.

Qeyd olunur ki, ət reklamı Amsterdamın açıq reklam bazarında çox kiçik paya malik olub - təxminən 0,1%, halbuki fosil yanacaqla bağlı məhsulların payı təxminən 4% təşkil edib.

Niderlandın ət sənayesi assosiasiyası bu qərardan narazıdır və bunu “istehlakçı davranışına təsir göstərmək üçün arzuolunmaz vasitə” adlandırıb.

Eyni zamanda, ölkənin turizm agentlikləri və turoperatorlar assosiasiyası bildirib ki, aviauçuşları da əhatə edən istirahət reklamlarının qadağan edilməsi şirkətlərin kommersiya azadlığına qeyri-mütənasib məhdudiyyətdir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31