ABŞ Prezidenti Donald Tramp "Oval kabinet"də jurnalistlərə açıqlamasında İran Milli Futbol Komandasının dünya çempionatında iştirakına münasibət bildirərək “Qoy oynasınlar” deyib.
"PostMedia" "Associated Press"ə istinadən xəbər verir ki, bu açıqlama Trampın bir neçə həftə əvvəl İran millisinin ABŞ-yə dünya çempionatı üçün gəlməməsi ilə bağlı xəbərdarlıqlarından fərqli ton təşkil edir.
FIFA prezidenti Canni İnfantino daha əvvəl FIFA konqresində bildirib ki, İran turnirdə iştirak edəcək.
“Bilirsiniz nə var? Qoy yaxşı oynasınlar”, — deyə Tramp "Oval kabinet"də bildirib.
ABŞ prezidenti həmçinin İnfantinoya dost münasibət bəslədiyini vurğulayıb:
“Əgər Canni belə deyibsə, mənim etirazım yoxdur”, — deyə o qeyd edib.
İran millisi dünya çempionatındakı ilk oyununu iyunun 15-də Yeni Zelandiya Milli Futbol Komandası qarşı keçirəcək. Qarşılaşma İnqlvud şəhərində baş tutacaq.