6°C Bakı
1$ = 1.70₼
Maraqlı

Əfqanıstanda cinlərlə telefonla əlaqə saxladığını iddia edən şəxs həbs edilib

10-aprel-2026
Əfqanıstanda cinlərlə telefonla əlaqə saxladığını iddia edən şəxs həbs edilib
Yazı Ölçüsü:

Əfqanıstanın Əxlaqın Təbliği və Pis Əməllərin Qarşısının Alınması Nazirliyi rəsmiləri Kabildə bir şəxsi həbs ediblər.

Məlumata görə, həmin şəxs mobil telefon vasitəsilə müştərilərinin “cinləri ilə əlaqə qura bildiyini” iddia edərək insanları aldadıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Pajhwok" xəbər saytı məlumat yayıb.

Şəxs insanlara cinlərin onların taleyini idarə etdiyini inandırıb və “səmavi himayədarlarla əlaqə qurmaq” adı ilə onlardan pul alıb.

Nazirlik bu cür iddiaları İslam prinsiplərinə zidd olan xurafat kimi qiymətləndirib.

Rəsmi məlumatda bildirilir ki, təkcə ötən həftə ölkənin müxtəlif bölgələrində ümumilikdə 24 “cadugər” şübhəsi ilə şəxs saxlanılıb.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031