6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"Ağ Ev" Trampın “mənəviyyatı” ilə bağlı sualı təhqiramiz hesab edib

09-aprel-2026, 07:42
"Ağ Ev" Trampın “mənəviyyatı” ilə bağlı sualı təhqiramiz hesab edib
Yazı Ölçüsü:

"Ağ Ev"in nümayəndəsi Karoline Levitt ABŞ prezidenti Donald Trampın İran sivilizasiyasını məhv etmək barədə səsləndirdiyi təhdidlərdən sonra onun mənəviyyatı ilə bağlı verilən sualı təhqiramiz adlandırıb.

"PostMedia"nın xəbərinə görə, mətbuat konfransı zamanı Leavittdən soruşulub ki, prezident necə olur ki, ABŞ-ın “mənəvi üstünlüyündən” danışır, eyni zamanda isə bütöv bir sivilizasiyanı məhv etmək niyyətini dilə gətirir.

“Prezident İran hökuməti qarşısında tam mənəvi üstünlüyə malikdir və bunun əksini düşünmək belə açıq-aşkar təhqirdir”, – deyə o, cavab verib.

Cavabdan sonra jurnalist növbəti sualı verməyə çalışsa da, ona “bütün hörmətlə” ifadəsindən artıq danışmağa imkan verilməyib və söz növbəti media nümayəndəsinə verilib.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930