6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Alimlər döymələrin immun sisteminə necə təsir etdiyini müəyyən ediblər

07-aprel-2026
Alimlər döymələrin immun sisteminə necə təsir etdiyini müəyyən ediblər
Yazı Ölçüsü:

Döymə (tatu) mürəkkəbinin rəng piqmentləri bütün orqanizmə yayıla, limfa düyünlərində toplanaraq immun sisteminə uzunmüddətli təsir göstərə bilər. Bu barədə The Conversation yeni araşdırmaya istinadla yazıb.

Döymə mürəkkəbləri mürəkkəb kimyəvi qarışıqlardır: onların tərkibində piqmentlər, həlledicilər, müxtəlif əlavələr və çox vaxt ağır metalların qarışıqları – xüsusilə nikel, xrom, kobalt və qurğuşun olur. Bu maddələrin bir çoxu ilkin olaraq sənaye məqsədləri üçün hazırlanıb və insan orqanizminə yeridilməsi üçün nəzərdə tutulmayıb. Piqment hissəcikləri dəriyə daxil olduqdan sonra immun hüceyrələri onları aradan qaldırmağa çalışsa da, bunu tam bacarmır. Məhz buna görə döymə qalıcı olur. Bununla belə, bəzi hissəciklər limfa sistemi vasitəsilə bədəndə yayılır.

Araşdırmalar göstərir ki, bu piqmentlər uzunmüddətli iltihab yarada bilər. Həmçinin gözlənilməz təsir də müəyyən olunub: peyvənd vurulan nahiyədə döymə mürəkkəbinin olması bəzən immun cavabı zəiflədə bilər.

Xüsusilə boyaların tərkibi narahatlıq doğurur. Azo boyaları ultrabənövşəyi şüa və ya lazerlə silinmə zamanı parçalanaraq potensial kanserogen (xərçəng yarada bilən) birləşmələr əmələ gətirə bilər. Qara piqmentlər isə çox vaxt qurum və avtomobil qazlarında rast gəlinən maddələr ehtiva edir.

Mütəxəssislər qeyd edirlər ki, döymələr insanların əksəriyyətində ciddi fəsadlar yaratmasa da, onları tam təhlükəsiz hesab etmək olmaz. Alimlər döymə mürəkkəblərinin tərkibinin daha ciddi şəkildə yoxlanılmasını tövsiyə edirlər.

Müəllif
Ülkər
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930