6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Nikol Paşinyan "qudurmuş oliqarxların" ayaqlarını qıracağına söz verib

21-yanvar-2026, 19:43
Nikol Paşinyan "qudurmuş oliqarxların" ayaqlarını qıracağına söz verib
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan "qudurmuş oliqarxların" ayaqlarını qıracağına söz verib.

"PostMedia" xəbər verir ki, bu barədə o, yanvarın 21-də Ermənistan parlamentinin iclasında deputatların suallarını cavablandırarkən deyib.

Hökumət başçısı vergidən yayınmağa çalışanlar arasında müxalif deputatları və onların ətrafını da qeyd edib:

"Bax, bu məsələ sizi buna görə belə sarsıdıb. Siz oliqarxların qapıları qırıb məmurların kabinetlərinə girməsinə alışmısınız. Biz onların ayaqlarını qıracağıq. Qoy kimsə dövlət orqanlarına və dövlət müəssisələrinə qarşı hörmətsizlik etməyə cürət etsin. Biz onların ayaqlarını qıracağıq", — deyə Paşinyan vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31