6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Dələduzlar Davosda milyarderlərə ABŞ tədbirləri üçün saxta biletlər satıblar - "Bloomberg"

20-yanvar-2026
Dələduzlar Davosda milyarderlərə ABŞ tədbirləri üçün saxta biletlər satıblar - "Bloomberg"
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp administrasiyasının tədbirlərinin əsas məkanı olan Davos, milyarderlərə giriş üçün saxta biletlər satan dələduzların hədəfinə çevrilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Tədbirin saytında yerləşdirilən rəsmi açıqlamada təşkilatçılar "VIP giriş paketləri" almaqdan çəkinməyə çağırıblar və bildiriblər ki, saxta satışlar bu il geniş vüsət alıb.
"Milyarderlər, ehtiyatlı olun! Diqqətimizə çatdırılıb ki, üçüncü tərəf təşkilatlar bu il yenidən 'ABŞ pavilyonuna VIP giriş' və Davosdakı "Stromback Global"ın digər platformaları üçün biletlər satırlar", — deyə bəyanatda bildirilir. "Bu il daxil olan sorğuların həcmi göstərir ki, bu saxta VIP biletlər Tomas Mannın 'Sehrli dağ' romanının dövründən bəri Davos mövzusunda ən çox satılan 'əsər' ola bilər. Bu dələduzların qurbanı olanlara təəssüfümüzü bildiririk".
Davosun təhlükəsizlik perimetri yaxınlığındakı bir kilsədə yerləşən ABŞ pavilyonu həftə ərzində korporativ rəhbərlər və kabinet rəsmiləri ilə görüşlər keçirir. Prezident Donald Trampın çərşənbə günü günorta saatlarında Dünya İqtisadi Forumunda çıxış etməsi planlaşdırılır. Onun çıxışı administrasiyanın bir çox yüksək rütbəli rəsmilərinin də yer aldığı ABŞ pavilyonundakı auditoriya üçün canlı yayımlanacaq.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930