6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Tramp "SpaceX"a 50 min dollara qədər sərmayə qoyub

25-avqust-2026, 02:59
Tramp "SpaceX"a 50 min dollara qədər sərmayə qoyub
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp iyun ayında İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkətinin səhmlərinə 15 001-50 000 dollar arasında sərmayə yatırıb.

"PostMedia" xəbər verir ki, bu, Trampın maliyyə bəyannaməsindən məlum olub.

Beləliklə, ABŞ prezidenti ölkənin ən iri dövlət podratçılarından biri olan və onun keçmiş müşaviri İlon Maskın rəhbərlik etdiyi şirkətdə maliyyə payı əldə edib.

Sənədə əsasən, Tramp "SpaceX" səhmlərini iyunun 23-də alıb. Prezident maliyyə bəyannaməsini avqustun 12-də imzalayıb, sənəd isə avqustun 22-də ictimaiyyətə açıqlanıb. Sərmayənin dəqiq məbləği məlum deyil. Çünki federal vəzifəli şəxslər maliyyə bəyannamələrində aktivlərin dəyərini konkret rəqəmlə deyil, müəyyən aralıqlarla göstərirlər.

"SpaceX" səhmlərinin alınması Trampın iyun ayında qiymətli kağızlarla həyata keçirdiyi 1000-dən çox əməliyyatdan yalnız biridir.

"SpaceX" iyunun 12-də səhmlərinin ilkin kütləvi təklifini (IPO) həyata keçirərək rekord göstəricilər müəyyən edib.

"Ağ Ev" "Reuters"ə bildirib ki, prezidentin investisiya portfeli tanınmış fond indekslərini, o cümlədən "Schwab 1000" indeksini izləyən üçüncü tərəf maliyyə institutları tərəfindən müstəqil şəkildə idarə olunur.

"Nə Prezident Tramp, nə də onun ailə üzvlərindən hər hansı biri portfelə nəzarət edə, qərarlara təsir göstərə və ya hansı investisiyaların ediləcəyi, aktivlərin nə vaxt alınıb-satılacağı ilə bağlı qərarların qəbulunda iştirak edə bilər", – "Ağ Ev"in nümayəndəsi Devis İnql bildirib.

Bununla belə, Trampın "SpaceX"ə yatırdığı sərmayə prezidentlə İlon Maskın şirkəti arasında yeni maliyyə əlaqəsi yaradır. Bu isə ABŞ administrasiyasının şirkətin mövqeyinə və dəyərinə birbaşa təsir göstərə biləcək qərarlar qəbul etdiyi dövrə təsadüf edir.

"SpaceX" ABŞ Müdafiə Nazirliyinin podratçısıdır və müxtəlif fəaliyyət istiqamətləri üzrə müvafiq icazələrin alınması üçün mütəmadi olaraq federal qurumlara müraciət edir.

Avqustun 20-də Tramp administrasiyasına ABŞ-də kommersiya məqsədli kosmik buraxılışların sayını əhəmiyyətli dərəcədə artırmaq üçün tədbirlər görməyi tapşırıb. "SpaceX" isə bu bazarda dominant mövqeyə malikdir.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31