6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Karni: "Tramp Kanadanın avtomobil sənayesini məhv etməyə çalışır"

25-avqust-2026, 00:51
Karni: "Tramp Kanadanın avtomobil sənayesini məhv etməyə çalışır"
Yazı Ölçüsü:

ABŞ-nin yeni ticarət tələbləri Ottavanın narahatlıqlarını təsdiqləyib. ABŞ Prezidenti Donald Tramp faktiki olaraq Kanadanın avtomobil sənayesini dağıtmağa çalışır.

"PostMedia" xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bildirib.

Açıqlama Trampın gələn ildən Kanada avtomobillərinə, ehtiyat hissələrinə və polada 50%-lik gömrük rüsumu tətbiq etməklə hədələməsi fonunda səslənib. Bununla yanaşı, Ontario əyalətinin Baş naziri Duq Ford Kanadanın ABŞ-yə elektrik enerjisi və strateji faydalı qazıntıların tədarükünü dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

Karni vurğulayıb ki, Kanada danışıqlara hazırdır, lakin yalnız Vaşinqton Ottavaya bərabərhüquqlu tərəfdaş kimi yanaşacağı halda.

"Kanadaya ABŞ-nin törəmə şirkəti kimi yanaşılan heç bir danışıqlarla heç vaxt razılaşmayacağıq", – deyə Baş nazir bildirib.

"Associated Press"ə müsahibəsində Ford Trampın amerikalıların təzyiqlərinə müqavimət göstərmək və iqtisadi itkilərə dözmək baxımından kanadalıların iradəsini lazımınca qiymətləndirmədiyini bildirib.

"O, Kanadanı lazımınca qiymətləndirmir. Biz sona qədər gedəcəyik. Burada hamı iqtisadi müharibəyə hazırdır və anlayır ki, müəyyən qurbanlar vermək lazım gələcək", – deyə Ford bildirib.

Tramp bazar ertəsi Kanada avtomobillərinə, onların ehtiyat hissələrinə və polada tətbiq olunacaq yeni 50%-lik gömrük rüsumlarının gələn ildən qüvvəyə minəcəyini açıqlayıb.

"Kanada illərdir ABŞ-ni talayır", – deyə prezident sosial şəbəkələrdə yazaraq Ottavanı Amerika kənd təsərrüfatı məhsullarına «absurd dərəcədə yüksək gömrük rüsumları» tətbiq etməkdə ittiham edib.

Karninin sözlərinə görə, avtomobil sənayesi ilə bağlı ABŞ-nin təklifləri mərhələli şəkildə Kanadadakı istehsalı məhv edəcək. O, həmçinin xatırladıb ki, Kanada ABŞ avtomobillərinin ən böyük alıcısıdır və yeni gömrük rüsumlarının Kanada bazarından asılı olan Ohayo, Kentukki və Alabama ştatlarındakı işçilərə necə təsir edəcəyi sualını ortaya qoyub.

Duq Ford isə bildirib ki, qarşıdurmanın daha da dərinləşəcəyi halda "bütün variantlar mümkündür". Onun sözlərinə görə, bu variantlar arasında Ontariodan ABŞ-yə elektrik enerjisinin, eləcə də yüksək keyfiyyətli nikel və uran kimi strateji xammalın tədarükünün dayandırılması və ya amerikalı istehlakçılar üçün elektrik enerjisinin qiymətinin artırılması da var.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31