6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəməri ilə ixraca başlayıb – "Bloomberg"

28-sentyabr-2026, 17:19
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəməri ilə ixraca başlayıb – "Bloomberg"
Yazı Ölçüsü:

Səudiyyə Ərəbistanı “Ənsar Allah” (Husilər) hərəkatının hədəfinə çevrilmiş “Şərq-Qərb” neft kəmərinin fəaliyyətini bərpa edib və neft ixracını yenidən başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, dövlətə məxsus “Saudi Aramco” şirkəti artıq nefti ixrac üçün nəql etməyə başlayıb. Bildirilir ki, neft kəmərinin fəaliyyətinin bərpası ölkəyə Hörmüz boğazından yan keçən alternativ ixrac marşrutundan yenidən istifadə etməyə imkan verəcək.

Daha əvvəl agentlik Səudiyyə Ərəbistanının nefti kəmərlə hələlik azaldılmış həcmdə nəql etməyə başladığını yazmışdı. Uzunluğu 1,2 min kilometr olan “Şərq-Qərb” neft kəməri xam nefti Şərq əyalətindəki yataqlardan Qırmızı dənizin sahilində yerləşən Yanbu limanına nəql edir. Kəmərin ötürücülük gücü sutkada 7 milyon barelə çatır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031