İrandan Rusiyaya qaz nəqlinə imkan verəcək qaz kəmərinin tikintisi əsasən Moskva tərəfindən maliyyələşdiriləcək.
"PostMedia" xəbər verir ki, bunu İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali “Vedomosti”yə açıqlamasında bildirib.
O, qaz kəmərinin marşrutunun Azərbaycan ərazisindən keçəcəyini dəqiqləşdirib və layihəyə dəstək verənlərə təşəkkür edib.
“Maliyyələşmənin əsas hissəsi Rusiyadan gələcək. Lakin biz hamımız – Rusiya, İran və Azərbaycan – bu layihə üzərində birlikdə çalışırıq”, – deyə Cəlali bildirib.