6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Alen Simonyan: "İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq"

24-sentyabr-2026, 13:24
Alen Simonyan: "İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq"
Yazı Ölçüsü:

“Əgər imkan yaranarsa və bu imkan müzakirə olunarsa, biz Azərbaycandan da qaz alacağıq, İrandan da qaz alacağıq”.

"PostMedia" xəbə verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hökumətdə jurnalistlərlə söhbəti zamanı bildirib.

O vurğulayıb ki, bütün tərəflərlə müzakirələr aparılır və enerji mənbələrinin şaxələndirilməsi məsələləri gündəmdədir.

“Həm elektrik enerjisinə keçəcəyik, həm bütün ölkələrdən qaz alacağıq, həm atom enerjisini gücləndirəcəyik, həm də günəş enerjisi sistemlərini inkişaf etdirəcəyik. Bütün ölkələrlə ticarət aparacağıq. Yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla yekun diplomatik münasibətlər quracağıq, sülhə və region ölkələri arasında iqtisadi, siyasi və bütün istiqamətlərdə əməkdaşlığa nail olacağıq. Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesini mümkün olan bütün ərazilərdə başa çatdıracağıq.

Hər şey çox yaxşıdır, çünki artıq Ermənistanda sülh var və ölkədə demokratik hökumət fəaliyyət göstərir”, – deyə Simonyan bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031