6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Türkiyə Rusiya neftinin alışını azaldıb, daha da azaltmağı planlaşdırır – "Reuters"

14-avqust-2026, 20:45
Türkiyə Rusiya neftinin alışını azaldıb, daha da azaltmağı planlaşdırır – "Reuters"
Yazı Ölçüsü:
Türkiyə iyul ayında Rusiyadan neft alışını azaldıb və avqustda idxalı daha da azaltmağı planlaşdırır. Buna səbəb Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın Qara dənizdəki terminallarına zərbələri nəticəsində neft ixracının pozulmasıdır.
"PostMedia" xəbər verir ki, bu barədə treyderlərin və LSEG-in gəmiçilik məlumatlarına istinadən "Reuters" məlumat yayıb.
İyul ayında Ukrayna Rusiyanın Qara dənizdəki terminallarına hücumlarını intensivləşdirib. Bunun nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalından neft ixracı bir həftə müddətinə dayandırılıb, Novorossiysk limanında isə yükləmə əməliyyatları qeyri-sabit xarakter alıb.
Nəticədə CPC iyul ayında neft yükləmələrinin həcmini təxminən 20% azaldıb.
Türkiyə isə Qara dənizdə öz ərazi sularının yaxınlığında Rusiya ilə əlaqəli tankerlərə edilən hücumları tənqid edib. Ankara bu cür hücumların regionda gəmiçilik və ticarətin təhlükəsizliyinə mənfi təsir göstərdiyini bildirib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31