6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Rumıniya dayandırır, Ermənistan susur

13-avqust-2026, 19:38
Rumıniya dayandırır, Ermənistan susur
Yazı Ölçüsü:

Rumıniyanın atom elektrik stansiyalarında elektrik enerjisi istehsal edən dövlət şirkəti “Nuclearelectrica” ölkədə fəaliyyətdə olan yeganə reaktorun elektrik şəbəkəsindən ayrılması prosesinə başlayıb. Buna səbəb Dunay çayında suyun səviyyəsinin rekord həddə aşağı düşməsidir.

PostMedia” xəbər verir ki, Bu barədə “Reuters” məlumat yayıb.

Hava şəraiti artıq iyulun sonunda şirkəti reaktorlardan birinin fəaliyyətini dayandırmağa məcbur etmişdi. Atom elektrik stansiyasının hər birinin gücü 706 meqavat olan iki reaktoru var. Onların payına ölkənin elektrik enerjisi istehsalının təxminən beşdə biri düşür.

Rumıniyada bütün avqust ayı üçün enerji fövqəladə vəziyyəti elan edilib. Şirkətlərə və ev təsərrüfatlarına axşam saatlarında elektrik enerjisinin pik istehlakı dövründə könüllü şəkildə sərfiyyatı azaltmaq tövsiyə olunub.

Energetika Nazirliyi 330 meqavat gücündə kömürlə işləyən elektrik stansiyasını işə salıb. Hakimiyyət həmçinin külək və hidroenergetika sahələrində elektrik enerjisi istehsalını artırmağa ümid edir.

Qeyd edək ki, Ermənistanda da "Metsamor" AES fəaliyyət göstərir. Azərbaycanın və bir sıra beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq rəsmi Yerevan hələ də bu AES-i bağlamaq niyyətindəd eyil.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31