OPEC 2026-cı ilin yekunları üzrə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu iyul ayındakı proqnozla müqayisədə sutkada daha 200 min barel azaldaraq 580 min barelə endirib. Tələbatın ümumi həcminin sutkada 105,7 milyon barel olacağı gözlənilir.
“PostMedia” xəbər verir ki, Bu barədə “OPEC”in aylıq neft bazarı hesabatında məlumat verilib.
Hesabata əsasən, 2026-cı ildə neft hasilatının artımının sutkada 640 min barel təşkil edəcəyi gözlənilir. Ümumi hasilatın isə sutkada 54,8 milyon barel olacağı proqnozlaşdırılır.
“Komersant”ın məlumatına görə, 2027-ci ildə qlobal neft tələbatının artımının sutkada 2,16 milyon barelə çatacağı gözlənilir. Tələbatın ümumi həcmi sutkada 107,9 milyon barel təşkil edəcək.
2027-ci ildə neft hasilatının sutkada 620 min barel artacağı, ümumi hasilatın isə sutkada 55,45 milyon barelə çatacağı proqnozlaşdırılır.