6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik enerjisinin tranzit dəhlizi ilə bağlı danışıqlar aparılır

13-avqust-2026, 14:15
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik enerjisinin tranzit dəhlizi ilə bağlı danışıqlar aparılır
Yazı Ölçüsü:

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik enerjisinin qurudan tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparılır.

“PostMedia” xəbər verir ki, bu barədə Gürcüstan iqtisadiyyat nazirinin müavini İnqa Pxaladze bildirib.

Onun sözlərinə görə, yeni təşəbbüsün hazırlanmasında Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan hökumətləri iştirak edir.

Pxaladze qeyd edib ki, layihə Gürcüstanın Cənubi Qafqazda enerji habı kimi mühüm mövqeyini bir daha nümayiş etdirir. Onun sözlərinə görə, dəhliz vasitəsilə maraqlı ölkələrin, ilk növbədə isə Gürcüstanın qonşularının elektrik enerjisinin Avropaya çatdırılması mümkün olacaq.

Nazir müavini hesab edir ki, layihə ilk növbədə Gürcüstanın Avropa ilə birbaşa enerji bağlantısını təmin edəcək. Onun sözlərinə görə, coğrafi mövqeyinə görə Gürcüstan indiyədək belə bir birbaşa bağlantıya malik olmayıb.

“İqtisadi baxımdan bu, çox mühüm və maraqlı təşəbbüsdür. Tranzitlə yanaşı, özümüzün istehsal etdiyimiz elektrik enerjisini də ixrac edə biləcəyik. Bu isə yerli biznesə dəstək verəcək və ölkədə enerji sektorunun inkişafına töhfə verəcək”, – deyə Pxaladze bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031