6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

AQRO

Ermənistan qarpızsız qalıb

17-avqust-2026, 12:27
Ermənistan qarpızsız qalıb
Yazı Ölçüsü:

Bu il Gürcüstandan Ermənistana qarpız ixracında kəskin azalma qeydə alınıb.

"PostMedia" xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata görə, 2026-cı ilin ilk 6 ayında Gürcüstandan 33,6 min dollar dəyərində 67,4 ton qarpız ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 88%, həcmi isə 91% azalıb.

Ermənistana qarpız ixracında isə daha böyük geriləmə baş verib.

Belə ki, 2025-ci ilin ilk yarısında Gürcüstandan Ermənistana 221,3 min dollar dəyərində 638,3 ton qarpız ixrac edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici cəmi 7,3 min dollar və 5,4 ton təşkil edib.

Beləliklə, bir il ərzində Ermənistana qarpız ixracının həcmi təxminən 118 dəfə, dəyəri isə 30 dəfə azalıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930