6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsinin həcmi nə qədərdi?

20-oktyabr-2025, 20:48
Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsinin həcmi nə qədərdi?
Yazı Ölçüsü:

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsi 547,6 milyon ABŞ dollarına bərabər olub.

PostMedia” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çox artım deməkdir.

Qazaxıstanın ölkizə ixrac etdiyi əsas məhsullar arasında əlvan metallar, xam neft, neft məhsulları və taxıl üstünlük təşkil edir.

Bu ilin idxalında əsas pay buğda və neft məhsulları olub ki, buğdanın idxal həcmi 121,5 milyon ABŞ dolları, neft məhsulları isə 38,2 milyon ABŞ dolları olub.

Əvəzində Azərbaycandan Qazaxıstana borular, alüminium külçə, kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya 2 günlük səfərə gedib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031