6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Xırdalandan Bakıya yeni ekspres marşrut avtobusu işləyəcək

16-oktyabr-2025, 15:18
Xırdalandan Bakıya yeni ekspres marşrut avtobusu işləyəcək
Yazı Ölçüsü:
Vətəndaşların Xırdalan şəhərindən paytaxtın “20 Yanvar” metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
"PostMedia" bu barədə AYNA-ya istinadən xəbər verir.
Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və “Kristal Abşeron” yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, “20 Yanvar” metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930