6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

"Airbus" sentyabrda 73 təyyrə satıb

03-oktyabr-2025, 22:53
"Airbus" sentyabrda 73 təyyrə satıb
Yazı Ölçüsü:

Frnsanın "Airbus" şirkəti sentyabr ayında gözləniləndən daha yüksək – 73 təyyarə təhvil verib ki, bu da həmin ay üçün indiyədək qeydə alınmış rekord göstəricidir.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu artım mühərriklərin təchizatındakı gecikmələrin azaldığını göstərir.

Şirkət rəqəmlə bağlı şərh verməsə də, bu göstərici analitiklərin əvvəlki 69–70 təyyarəlik proqnozlarını üstələyib. Ötən ilin eyni dövründə isə Airbus cəmi 50 təyyarə təhvil vermişdi.

Beləliklə, yanvar–sentyabr aylarında ümumi təhvil verilmiş təyyarələrin sayı 507-yə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur (2024-cü ildə 497). Halbuki ilin ilk yarısında göstərici 5% azalmışdı.

Analitiklər hesab edir ki, "Airbus"ın illik 820 təyyarə hədəfinə çatması üçün oktyabr-dekabr aylarında 313 təyyarə təhvil verməsi lazımdır. Bu isə 2018-ci ildə qeydə alınmış əvvəlki rekord – 297 təyyarədən də yüksəkdir.

"Jefferies2 şirkətinin analitikləri sentyabr ayında 69 təyyarəlik proqnoz versələr də, son göstəricilər mühərrik təchizatında, əsasən mühərrik təchizatçısı CFM-dən qaynaqlanan boşluqların azaldığını nümayiş etdirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930