6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs oldu

02-oktyabr-2025, 09:48
İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs oldu
Yazı Ölçüsü:
"Tesla" və "SpaceX"in sahibi, dünyanın ən varlı insanı İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs oldu.
"PostMedia" xəbər verir ki, bu barədə yazı "Forbes"də dərc edilib.
"Tesla" səhmlərindəki dirçəlişin yanaşı, süni intellekt startapı "xAI" və kosmik şirkəti "SpaceX"in dəyərinin artması da rekorda səbəb oldu.
Lakin günün sonunda "Musk"ın sərvəti 499,1 milyard dollara qədər geriləyib. Buna baxmayaraq, sərvəti 500 milyard dollara çatan ilk şəxs kimi tarixə düşüb. "Tesla"nın səhmləri ilin əvvəlindən bəri təxminən 14% dəyər qazanıb.
"Forbes" siyahısında Muskdan sonra "Oracle"ın qurucusu Larri Ellison və "Meta"nın qurucusu Mark Zuckerberg yer alıb.
İlon Maskın sərvəti 2020-ci ilin avqustunda 100 milyard dolları keçmişdi. 2021-ci ilin yanvarında isə təxminən 190 milyard dollarlıq sərvəti ilə ilk dəfə dünyanın ən varlı insanı titulunu qazanmışdı.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031