6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

"Port Baku"nun yanında metro stansiyası olacaq

25-sentyabr-2025, 11:22
"Port Baku"nun yanında metro stansiyası olacaq
Yazı Ölçüsü:

"Bakı Metropoliteni" QSC "Port Baku" yaşayış kompleksinin yaxınlığında yeni stansiyanın tikintisini həyata keçirəcək.

"PostMedia" xəbər verir ki, bunu jurnalistlərə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, yeni stansiya metronun "Xətai" stansiyasına yaxın olacaq və "Yaşıl xətt"ə birləşdiriləcək.

"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq".

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031