6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

SOCAR “Italiana Petroli” neftayırma şirkətini almağa hazırlaşır

15-sentyabr-2025, 16:01
SOCAR “Italiana Petroli” neftayırma şirkətini almağa hazırlaşır
Yazı Ölçüsü:

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın “Italiana Petroli” şirkətini almaq üçün danışıqlar aparır.

“PostMedia” xəbər verir ki, bu barədə “Reuters”ə 3 müxtəlif etibarlı mənbə məlumat verib.

Saziş gerçəkləşəcəyi təqdirdə, SOCAR İtaliyanın ən iri yanacaqdoldurma məntəqələri şəbəkələrindən birinə nəzarət əldə edəcək.

Məlumata görə, SOCAR-la hər hansı gözlənilməz hadisə səbəbindən təxirə salınma baş verməsə saziş bazar ertəsi imzalana bilər.

Məlumatda deyilir ki, “Italiana Petroli” şirkətinins ahibi olan Braketti-Peretti ailəsi şirkət üçün təxminən 2,5 milyard avro (2,9 milyard dollar) dəyər müəyyənləşdirib. Şirkətin özündə isə təxminən 500 milyon avro məbləğində nağd vəsait var.

Hələlik SOCAR və “Italiana Petroli” yayılan məlumatları şərh etməyiblər.

Qeyd edək ki, bu prosesdə SOCAR-ı İtaliyanın “Intesa Sanpaolo IMI CIB”, “Italiana Petroli”nin sahibini isə “UniCredit” məsləhətçi kimi müşayiət edir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930