6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Bu gün Xətai və Nərimanov rayonlarınin bəzi ərazilərində qaz olmayacaq

11-sentyabr-2025, 09:06
Bu gün Xətai və Nərimanov rayonlarınin bəzi ərazilərində qaz olmayacaq
Yazı Ölçüsü:
Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Nərimanov rayonlarınin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə "PostMedia"ya "Azəriqaz" İB-dən məlumat verilib.
Məlumata görə, fasiləyə səbəb “Qum adası-Qazanlar” yüksək təzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsidir.
Bu məqsədlə də “Əhmədli” QPS-də və “Əbilov” ölçü qovşağında qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani, Aşıq Qurbanı küçələrinin və Nərimanov rayonu, Xətai prospektinin, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031