6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Olimpiya idman komplekslərinin dövlət büdcəsinə 65 min manat borcu var

05-sentyabr-2025, 12:13
Olimpiya idman komplekslərinin dövlət büdcəsinə 65 min manat borcu var
Yazı Ölçüsü:

Azərbaycanda bir sıra olimpiya idman komplekslərinin dövlət büdcəsinə 64 492,35 manat vergi borcu yaranıb.
“PostMedia”nın araşdırmasına görə, büdcəyə borclu komplekslərin sayı 21-dir.
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytında ölkə üzrə 42 olimpiya kompleksinin olduğu göstərilib.
Bu borcun təxminən yarısı Göyçay (11 800,28 manat), Şəki (10 170,04 manat) və Qusarda(8 830,01 manat) yerləşən olimpiya idman komplekslərinin payına düşür.
Ən az borcu olan vergi ödəyiciləri isə Gəncə və Şəmkir olimpiya idman kompleksləridir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031