6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

İzmirdə külək enerjisi şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

04-sentyabr-2025, 15:38
İzmirdə külək enerjisi şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
Yazı Ölçüsü:

Türkiyənin İzmir şəhərində Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) İdarə Heyətinin sədri İbrahim Erden və “Nordex Qrupu”nun İdarə Heyətinin üzvü İbrahim Özarslan arasında görüşlər keçirilib.

Bu barədə "PostMedia"ya Energetika Nazirliyindən məlumat verilib

Görüşlərdə şirkətlərin külək enerjisi sahəsində fəaliyyəti, o cümlədən külək turbinləri və komponentlərin istehsalı, texniki xidmət və kadrların hazırlanması sahələrində təcrübəsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələri barədə məlumat verilib. Külək turbinlərinin və avadanlıqlarının yerli istehsalı perspektivləri və bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib. Külək turbinləri və avadanlıqlarının yerli istehsalı perspektivləri, habelə bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətlər mövcud vəziyyəti və tərəfdaşlıq potensialını yerində dəyərləndirmək məqsədilə Azərbaycana dəvət olunub.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930