6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Hərracda 23 nəqliyyat vasitəsi satılıb

02-sentyabr-2025, 01:41
Hərracda 23 nəqliyyat vasitəsi satılıb
Yazı Ölçüsü:

Sentyabrın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 23 nəqliyyat vasitəsi satılıb.

"PostMedia" quruma istinadən xəbər verir ki, hərraclara çıxarılan 24 əmlaka ümumilikdə 122 sifariş qəbul edilib. Bunlardan 52-si onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 10.200 manat olan “Mitsubishi L200” markalı avtomobil 15 000 manata, 11 000 manat olan “Mitsubishi L200” markalı avtomobil 14 720 manata, 5 200 manat olan “Hyundai Sonata” isə 7 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 4, 9, 16, 23 və 30 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031