6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Səhiyyə Nazirliyi ənənəvi şirkətinə 18,5 milyon manatlıq tender verib

20-avqust-2025, 10:45
Səhiyyə Nazirliyi ənənəvi şirkətinə 18,5 milyon manatlıq tender verib
Yazı Ölçüsü:
Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri , Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı (II mərhələ) üzrə elan edilmiş tender yekunlaşıb.
"PostMedia" xəbər verir ki, müsabiqənin qalibi "Uni Ko" MMC olub.
Müsabiqənin nəticələrinə görə, Səhiyə Nazirliyi II mərhələ üçün adıçəkilən şirkətə 18 milyon 472 min 119 manat 92 qəpik ödəyəcək.
Qeyd edək ki, tikintisinə 2023-cü ilin sonlarında start verilən müəssisənin inşasının birinci mərhələsini "Uni Ko" MMC həyata keçirib. Bunun üçün ona 7 milyon 379 min 965 manat 68 qəpik ödənilib.
Nizamnamə kapitalı 1 milyon 20 manat olan adıçəkilən şirkət 2007-ci ildə yaradılıb və qanuni təmsilçisi Axundov Elçin Muxtar oğludur.
Satınalma portalının məlumatına görə, son 5 ildə “Uni KO” MMC ümumilikdə 51 milyon 63 min 913 manat 58 qəpiklik 6 tenderin qalibi olub. Bu tenderlərin 4-nü Səhiyyə Nazirliyi, 2-sini isə İqtisad Universiteti elan edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930