6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Avropa İttifaqı Rusiyadan qaz idxalını yenidən artırıb

10-avqust-2026, 15:09
Avropa İttifaqı Rusiyadan qaz idxalını yenidən artırıb
Yazı Ölçüsü:

Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmaq istiqamətində göstərdiyi səylərə baxmayaraq, Rusiyadan Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) idxalının həcmi yenidən artıb.

"PostMedia" xəbər verir ki, “Welt am Sonntag” qəzetinin Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) məlumatlarına istinadən yazdığına görə, iyun ayında Aİ ölkələri Rusiyadan ötən ilin eyni ayı ilə müqayisədə 14 faiz daha çox mayeləşdirilmiş təbii qaz alıblar.

Bundan əlavə, təşkilatın qiymətləndirməsinə görə, Rusiyanın Avropaya enerji resursları satışından əldə etdiyi gəlir artaraq gündəlik 60 milyon avroya çatıb. “Bild” yazır ki, Rusiya LNG-sinin böyük hissəsini Fransa alıb.

Eyni zamanda, 2027-ci il yanvarın 1-dən Avropa İttifaqının uzunmüddətli müqavilələr əsasında Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına tam qadağasının qüvvəyə minməsi nəzərdə tutulur. Qısamüddətli müqavilələr əsasında tədarüklər isə artıq qadağan edilib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31