6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Azərbaycan 2026-cı ildə Gürcüstanın əsas kartof ixrac bazarına çevrilib

10-avqust-2026, 17:18
Azərbaycan 2026-cı ildə Gürcüstanın əsas kartof ixrac bazarına çevrilib
Yazı Ölçüsü:

2026-cı ilin ilk yarısında Azərbaycan Gürcüstandan kartof ixracında əsas bazar olub.

"PostMedia" Gürcüstanın yerli KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstan Azərbaycana 11 777 ton kartof ixrac edib və satışın ümumi dəyəri 2,2 milyon dollar təşkil edib.

Beləliklə, Gürcüstanın bu dövrdəki ümumi kartof ixracının 18 414 tonunu, yəni təxminən 64 faizini, Azərbaycan alıb.

Müqayisə üçün, ikinci əsas bazar olan Rusiyaya 3 422 ton, 1,4 milyon dollar dəyərində kartof ixrac edilib. Belarus 2 126 ton və 942 min dollarla üçüncü yerdə qərarlaşıb. Ermənistan isə 195 min dollarlıq göstərici ilə beşinci yerdə olub.

Ümumilikdə, 2026-cı ilin ilk yarısında Gürcüstandan kartof ixracı 81,5 faiz azalaraq 18 414 tona düşüb. İxracdan əldə olunan gəlir isə 4 milyon 879 min dollar təşkil edib.

Əsas dəyişiklik Rusiyaya ixracın kəskin azalması ilə bağlıdır. 2025-ci ilin ilk 6 ayında Rusiyaya 20,5 milyon dollar dəyərində 50 347 ton kartof satılmışdısa, 2026-cı ilin eyni dövründə bu göstərici 1,4 milyon dollar və 3 422 ton olub.

Bu vəziyyətdə Azərbaycan Gürcüstan kartofunun əsas ixrac istiqamətinə çevrilib və 2026-cı ilin ilk yarısında Gürcüstanın kartof ixracında Rusiyanı geridə qoyub.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31