Gürcüstan Maliyyə Nazirliyinin məlumatın görə, Gürcüstan gömrükçüləri sanksiyalara məruz qalan Avropa mənşəli yüklərin Türkiyədən Rusiyaya Azərbaycan vasitəsilə daşınması cəhdinin qarşısını alıb.
"PostMedia" rəsmi məlumatı təqdim edir: "İyulun 24-də Sarpi keçid məntəqəsində Türkiyədən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınının yoxlanması zamanı gömrük əməkdaşları yükün Aİ-də istehsal olunduğunu və Rusiyaya göndərildiyini aşkar ediblər. Aİ-nin sanksiyalarına əsasən, yük maşını geri qaytarılaraq Türkiyə ərazisinə göndərilib. Bir neçə saat sonra həmin avtomobil yenidən sərhədi keçməyə çalışıb. Bu dəfə sürücü yeni mənşə sertifikatı təqdim edib və həmin sertifikata əsasən malların Türkiyədə istehsal olunduğu bildirilib. Lakin yoxlama zamanı gömrük əməkdaşları zavod etiketlərində əsl istehsal ölkələrinin Almaniya və Xorvatiya olduğunu şka ediblər".
İş materialları sənədlərin saxtalaşdırılması və sanksiya nəzarətindən yayınma cəhdi şübhəsi ilə Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verilib. Konkret hansı mallardan söhbət getdiyi açıqlanmır.