6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Mask Çindəki "Tesla" bölməsinin mümkün satışı ilə bağlı xəbərləri təkzib edib

31-iyul-2026, 14:04
Mask Çindəki "Tesla" bölməsinin mümkün satışı ilə bağlı xəbərləri təkzib edib
Yazı Ölçüsü:

Amerikalı milyarder İlon Mask elektromobil istehsalçısı "Tesla" şirkətinin Çindəki bölməsinin satılması və ya ayrıca quruma çevrilməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib.

"PostMedia" xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində paylaşım edərək, "Tesla"nın Çindəki filialının ana şirkətdən ayrılmağa hazırlaşdığı barədə yazılanları "Bu saxta xəbərdir" sözləri ilə şərh edib.

Bundan əvvəl "The Wall Street Journal" mənbələrə istinadən yazmışdı ki, "Tesla"nın Çindəki biznesinin satılması planları "SpaceX" şirkəti ilə mümkün birləşməyə hazırlıqla əlaqəli ola bilər.

Nəşrin məlumatına görə, iki şirkətin birləşməsi baş verərsə, "Tesla"nın Çindəki bölməsinin ümumi strukturdan ayrılması maraqların mümkün toqquşmasının və tənzimləyici risklərin qarşısını almağa imkan verəcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031