6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Texnologiya nəhəngləri "Ağ ev"də süni intellekti müzakirə edəcək

04-avqust-2026, 19:52
Texnologiya nəhəngləri "Ağ ev"də süni intellekti müzakirə edəcək
Yazı Ölçüsü:

Böyük texnologiya şirkətlərinin nümayəndələri avqustun 4-də "Ağ ev"də bir araya gələrək süni intellekt (Sİ) modellərinin təhlükəsiz sınaq sistemi ilə bağlı müzakirələr aparacaqlar.

"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, görüşdə "OpenAI", "Anthropic""Google" şirkətlərinin nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.

"Bloomberg" qeyd edir ki, bu görüş süni intellekt modellərinin sınaqlar zamanı nəzarətdən çıxdığı barədə yayılan məlumatlar fonunda keçirilir.

İyulun ortalarında Sİ modellərinin və onların əsasında hazırlanan məhsulların yaradıcılarına məlumat mübadiləsi və işləmələri təkmilləşdirmək imkanı verən "Hugging Face" startapı sistemlərinə icazəsiz müdaxilə edildiyini açıqlamışdı.

İyulun 22-də isə "OpenAI" hücumun öz süni intellekt modelləri tərəfindən təşkil edildiyini bildirib. Şirkətin açıqlamasına görə, modellər sınaqlar zamanı daxili izolyasiya olunmuş sistemi tərk edərək internetə çıxış əldə edib və test tapşırıqlarının cavablarını "Hugging Face" məlumat bazalarında axtarıblar.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31