6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ Çin şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib

31-iyul-2026, 23:04
ABŞ Çin şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib
Yazı Ölçüsü:

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Çinin Sincan-Uyğur Muxtar Rayonunda fəaliyyət göstərən 43 şirkəti Uyğurların Məcburi Əməyinin Qarşısının Alınması Aktı (UFLPA) çərçivəsində sanksiyalara məruz qalan təşkilatlar siyahısına daxil edib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bununla da siyahıdakı şirkətlərin ümumi sayı 187-yə çatıb. Bu, ötən illə müqayisədə 30% artım deməkdir və UFLPA siyahısının tarixində ən böyük genişlənmə hesab olunur.

Siyahıya daxil edilən 43 şirkətin istehsal etdiyi məhsulların ABŞ-a idxalı qadağan olunacaq.

ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallin bildirib ki, məqsəd məcburi əməkdən istifadə edilərək istehsal olunan məhsulların Amerika bazarına daxil olmasının qarşısını almaqdır.

"Bu gün 43 Çin şirkətini Uyğurların Məcburi Əməyinin Qarşısının Alınması Aktı çərçivəsində sanksiya siyahısına daxil edirik. Daxili Təhlükəsizlik Nazirliyi onların məhsullarının ölkəmizə daxil olmamasını təmin edəcək", – deyə Mallin vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31