6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Çin avtomobil istehsalçıları qarşıdakı 5–10 ildə ABŞ bazarına daxil olacaq - "Ford"un rəhbəri

03-avqust-2026, 05:13
Çin avtomobil istehsalçıları qarşıdakı 5–10 ildə ABŞ bazarına daxil olacaq - "Ford"un rəhbəri
Yazı Ölçüsü:
"Ford Motor Company"nin baş direktoru Cim Farli şirkət əməkdaşlarına bildirib ki, Çin avtomobil istehsalçıları mövcud ticarət məhdudiyyətlərinə baxmayaraq, qarşıdakı 5–10 il ərzində ABŞ bazarına daxil olacaqlar.
"PostMedia" xəbər verir ki, bu barədə "Jalopnik" məlumat yayıb.
Görüşdə iştirak edən mənbələrin sözlərinə görə, Farli hesab edir ki, Çin markalarının ABŞ bazarında görünməsi demək olar ki, qaçılmazdır. Onun fikrincə, bunun baş verməsi üçün ən real vaxt məhz göstərilən dövrün sonlarına təsadüf edəcək.
Hazırda Çin elektromobil istehsalçıları ABŞ-a qonşu ölkələrin, o cümlədən Meksikanın bazarında mövqelərini gücləndirirlər. Ekspertlər isə Kanadanı ABŞ bazarına çıxmazdan əvvəl mümkün "sınaq meydançası" kimi qiymətləndirirlər.
Hazırda isə Çin istehsalı olan elektromobillərin ABŞ-da satışı ciddi şəkildə məhdudlaşdırılıb. Ölkədə bu avtomobillərə əlavə 100 faizlik gömrük rüsumu tətbiq olunur. Bundan başqa, avtomobillərdə Çin mənşəli proqram təminatı və avadanlıqlardan istifadəyə də qadağalar qüvvədədir.
Artan rəqabət fonunda Ford qiymət və səmərəlilik baxımından Çin modelləri ilə rəqabət apara biləcək daha münasib qiymətli yeni elektromobil xəttini hazırlayır.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31