6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

“Azercell"də Baş icraçı direktor vəzifəsi yaradıldı

31-mart-2026, 17:26
“Azercell"də Baş icraçı direktor vəzifəsi yaradıldı
Yazı Ölçüsü:
“Azercell Telekom” MMC-də "Prezident" vəzifə adı "Baş icraçı direktor" (CEO) ilə əvəz edilib.
"PostMedia" xəbər verir ki, bu barədə Tiraj.az-ın sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.
Bildirilib ki, Cəmiyyətin nizamnaməsinə edilmiş dəyişiklik 3 iyul 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb və nəticədə şirkətdə “Prezident” vəzifə adı “Baş icraçı direktor” (CEO) ilə əvəz olunub.
Şirkətin gündəlik fəaliyyəti və işlərin idarəedilməsi, onu təmsil etmək səlahiyyətinə malik qanuni təmsilçi qismində çıxış edən və təkbaşına icra orqanı olan Baş icraçı direktor tərəfindən həyata keçirilir.
"Bununla bağlı əlavə struktur dəyişikliyi baş verməyib",- deyə məlumat qeyd edilib.
Müəllif
Ülkər
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930