6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

FUTBOL

Rusiya qadınlardan ibarət milli komandası UEFA inkişaf turnirinin qalibi olub

17-avqust-2026, 18:30
Rusiya qadınlardan ibarət milli komandası UEFA inkişaf turnirinin qalibi olub
Yazı Ölçüsü:

Rusiyanın 15 yaşadək qadınlardan ibarət milli komandası UEFA-nın inkişaf turnirində qalib gəlib. "PostMedia" xəbər verir ki, Qazaxıstanın Şımkent şəhərində keçirilən turnirdə Rusiya komandası Azərbaycan, Belarus və Qazaxıstan yığmalarını məğlub edib.
Turnirin son oyununda rusiyalı futbolçular Qazaxıstan yığmasına 8:0 hesabı ilə qalib gəlib. Bundan əvvəl Rusiya komandası Azərbaycanı 13:0, Belarus yığmasını isə 5:1 hesabı ilə məğlub edib.
2022-ci ilin fevralında UEFA və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Rusiya klublarını və milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.
Lakin 15 yaşadək futbolçulardan ibarət komandalar UEFA-nın himayəsi altında keçirilən inkişaf turnirlərində iştirak etmək hüququna malikdirlər.
Rusiya 2023, 2024 və 2025-ci illərdə də UEFA-nın inkişaf turnirlərinə ev sahibliyi edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31