6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

FUTBOL

“Qarabağ” “Dinamo”nu məğlub edərək Konfrans Liqasında pley-offa yüksəlib

13-avqust-2026, 22:24
“Qarabağ” “Dinamo”nu məğlub edərək Konfrans Liqasında pley-offa yüksəlib
Yazı Ölçüsü:
“Qarabağ” UEFA Konfrans Liqasında "pley-off" mərhələsinə yüksəlib.
"PostMedia" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan çempionu 12-ci dəqiqədə hesabı açıb. Jali Muaddib fərqlənərək komandasını önə keçirib. Qarşılaşmanın 69-cu dəqiqəsində Aleksey Kaşuk ikinci qolu vuraraq “Qarabağ”ın üstünlüyünü möhkəmləndirib.
Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Dinamo” (Kiyev) 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə üstün olan “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Ağdam klubu pley-offda “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031