6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Ukrayna və Azərbaycan yığmalarının oyunu ərəfəsində “Dinamo”nun sabiq futbolçusu Polşada saxlanılıb

24-oktyabr-2025, 19:03
Ukrayna və Azərbaycan yığmalarının oyunu ərəfəsində “Dinamo”nun sabiq futbolçusu Polşada saxlanılıb
Yazı Ölçüsü:
Polşanın Krakov hava limanında “Dinamo” (Kiyev) klubunun keçmiş futbolçusu İvan Yaremçuk həbs edilib.
"PsotMedia" xəbər verir ki, onun qardaşı Mixail Yaremçukun “Çempion” portalına bu barədə bildirib.
Məlumata görə, Yaremçuk oktyabrın 10-da Ukrayna və Azərbaycan yığmaları arasında keçiriləcək oyun ərəfəsində Belçikadan Polşaya uçub, lakin hava limanında gözlənilmədən polis tərəfindən saxlanılıb.
İdmançının saxlanılma səbəbi hələ açıqlanmayıb. "PostMedia" xəbər verir ki, İş Krakov prokurorluğuna ötürülüb və məhkəmədə baxılacaq. 63 yaşlı Yaremçuk SSRİ-nin üçqat çempionu, UEFA Kubok sahibləri kubokunun qalibi olub.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031