6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Messi "İnter Mayami" ilə müqaviləni uzadıb

23-oktyabr-2025, 23:39
Messi "İnter Mayami" ilə müqaviləni uzadıb
Yazı Ölçüsü:

Dünya çempionu Argentina millisinin kapitanı Lionel Messi ABŞ-ın “İnter Mayami” klubu ilə əməkdaşlığını uzadıb.

"PostMedia" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, 38 yaşlı hücumçunun yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

“Burada qaldığım və bu layihəni davam etdirdiyim üçün çox xoşbəxtəm. Bu, təkcə bir arzu deyil, həm də “Miami Freedom Park” stadionunda oynamaq imkanı ilə möhtəşəm bir reallıqdır. Mayamiyə gəldiyim ilk gündən xoşbəxtəm. Məhz buna görə də burada çıxış etməyə davam etdiyim üçün çox sevinirəm. Yeni stadionda oynayacağımız günü səbirsizliklə gözləyirik”, — Messi bildirib.

Müqavilə tərəflər arasında hazırda tikinti prosesində olan klub stadionunda imzalanıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930