6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Mərakeş millisi dünya çempionatının finalına yüksəldi

16-oktyabr-2025, 12:13
Mərakeş millisi dünya çempionatının finalına yüksəldi
Yazı Ölçüsü:

Çilidə keçirilən FIFA Gənclər arasında Dünya Çempionatında böyük sürpriz yaşanıb. Belə ki, Mərakeş millisi Fransa yığmasını məğlub edərək finala vəsiqə qazanıb.

Gərgin keçən yarımfinal görüşün əsas və əlavə vaxtında 1:1 hesabı qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Mərakeş penaltilərdə 5:4 hesabı ilə Fransa üzərində qələbə qazanıb.

Digər yarımfinalda Argentina Kolumbiyanı 1:0 hesabı ilə məğlub edib və finalda Mərakeşlə qarşılaşacaq.

Final oyunu oktyabrın 20-də baş tutacaq. 3-cü yer uğrunda mübarizədə isə oktyabrın 18-də Fransa və Kolumbiya milliləri üz-üzə gələcəklər.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31