6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Fatih Terim Çexiya millisinə baş məşqçi təyin edilir

15-oktyabr-2025, 17:01
Fatih Terim Çexiya millisinə baş məşqçi təyin edilir
Yazı Ölçüsü:
Farer Adalarına məğlub olaraq Dünya Çempionatına vəsiqə qazanmaq ümidlərini demək olar ki, itirən Çexiya millisində baş məşqçi dəyişikliyi gündəmə gəlib.
"PostMedia" yerli mediaya istinadən xəbər verir ki, federasiya türk futbolunun tanınmış siması Fatih Terimlə razılığa gəlib.
Son günlər Çexiya Futbol Federasiyasının Terimi yığmanın başına gətirmək istəyinə dair xəbərlər ölkə mətbuatında geniş müzakirə mövzusuna çevrilib. 2026 Dünya Çempionatı seçmə oyunlarında alınan son məğlubiyyət bu iddiaları daha da gücləndirib.
Məlumata görə, Farer Adalarına gözlənilməz məğlubiyyətdən sonra baş məşqçi İvan Haşeklə yolların ayrılması gözlənilir. Federasiyanın Fatih Terimlə apardığı danışıqlarda tam razılıq əldə olunduğu, təcrübəli çalışdırıcının gələn həftə rəsmi müqaviləyə imza atacağı bildirilir.
Türk futbolunun "İmperator" ləqəbli məşqçisi son olaraq Səudiyyə Ərəbistanının "Al Shabab" klubunu çalışdırıb. Mənbələr Terimin yaxın vaxtlarda yenidən məşqçiliyə qayıdacağını iddia edir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031