N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Azərbaycan şirkət Gürcüstanda 500 milyon manata stadion tikmək istəyir

10-oktyabr-2025
Türkan Nəbi
Azərbaycan şirkət Gürcüstanda 500 milyon manata stadion tikmək istəyir
Yazı Ölçüsü:

Gürcüstanın paytaxtı Tbilisidə ən böyük stadionun inşasına üç şirkət maraq göstərib.

"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki,  tikinti 2026-cı ilin aprelində, Tbilisi Beynəlxalq Aeroportun yaxınlığında başlayacaq.

Məlumatda deyilir ki, üç şirkət 70 min nəfərlik Gürcüstanın ən böyük stadionunun layihələndirilməsi və tikintisi üzrə tenderdə iştirak etmək üçün müraciət edib.

UEFA-nın yeni dördüncü kateqoriyalı stadionunun tikintisi tenderi Avqust ayında İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tərəfindən elan olunub. Stadionda həm futbol, həm də rəqbi oyunları keçiriləcək.

Tenderin saytına yayımlanan məlumata görə, təkliflər 3 şirkət tərəfindən təqdim olunub. Gürcüstanın “Anagi” şirkəti, Gürcüstan-Azərbaycan birgə müəssisəsi “Makro Construction” MMC və  “Inshaatchi” və Türkiyənin YDA İNŞAAT şirkəti.

Gürcü şirkəti stadionu 850 milyon lariyə (təxminən təxminən 533 milyon manat), Gürcüstan-Azərbaycan birgə müəssisəsi 789,4 milyon lariyə (təxminən 495,4 milyon manat), Türkiyə şirkəti isə 744,9 milyon lariyə (təxminən 433 milyon manay) tikməyə hazırdır.

Gürcü və Türkiyə şirkətlərinin artıq stadion tikintisi təcrübəsi var. “Anagi” Abxaziyada, “YDA İnşaat” isə Türkiyənin Karabük şəhərində stadion inşa edib.

Stadion müasir, çoxfunksiyalı arena olacaq və futbol və rəqbi oyunları, konsertlər və digər yerli və beynəlxalq tədbirlər üçün nəzərdə tutulub. Orada Çempionlar Liqası və digər yüksək səviyyəli oyunların keçirilməsi mümkün olacaq.

Stadionda həmçinin ictimai mərkəz yerləşəcək, o cümlədən konfrans zalı, sərgi salonları, istirahət yerləri, muzey və ticarət sahəsi olacaq.

Yeni stadion aeroportun yaxınlığında, Lugar Tədqiqat Mərkəzinin yaxınlığında tikiləcək. Layihədə yeni nəqliyyat düyünlərinin dizaynı və inşası nəzərdə tutulub ki, bu da stadionun şəhərin müxtəlif rayonlarından sürətli və rahat çatımını təmin edəcək.

Yeni çoxfunksiyalı stadionun konsepsiyası UEFA mütəxəssisləri ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Əvvəl məlumat yayılmışdı ki, yeni stadion tamamlandıqdan sonra Tbilisi 2028-ci ilin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi üçün müraciət edəcək.

Hazırda Gürcüstanda ən böyük stadion Tbilisidəki “Dinamo Arena”, Boris Paiçadze adına Milli Stadiondur. O, təxminən 55 000 tamaşaçını qəbul edə bilir.

Kateqoriyalar