6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Ronaldu: “Ailə üzvlərim deyirlər ki, artıq vaxtıdır, amma mən belə düşünmürəm”

08-oktyabr-2025, 13:32
Ronaldu: “Ailə üzvlərim deyirlər ki, artıq vaxtıdır, amma mən belə düşünmürəm”
Yazı Ölçüsü:

Portuqaliya millisinin kapitanı və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun 40 yaşlı hücumçusu Kriştianu Ronaldu hələ də peşəkar karyerasını niyə bitirmədiyini izah edib.

"PostMedia" xəbər verir ki, o "Bola" nəşrinə açıqlamasında səbəblərdən danışıb:

“Ailə üzvlərim deyirlər ki, artıq vaxtıdır, amma mən belə düşünmürəm. Mən hələ də həm yığmaya, həm klubuma fayda verirəm. Futbolu tərk edəcəyim zaman bunu tam məmnunluq hissi ilə edəcəyəm. Bəli, karyeramın sonuna az qalıb, amma bu illəri maksimum fədakarlıqla yaşamaq istəyirəm.

20 il əvvəl deyərdim ki, istəyirəm dünyanı fəth edim. İndi isə fərqli düşünürəm. Yaş artıq həyata başqa cür baxmağa imkan verir. Mən bu günü yaşayıram. Hər şey çox sürətlə dəyişir, uzunmüddətli planlar qurmaq mümkün deyil. Hər günümü, hər məşqimi, hər oyunumu zövqlə keçirirəm”.

Ronalduyun “Əl-Nasr” klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

Transfermarkt portalı futbolçunun transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930